Cümə axşamı , 8 May 2025
Drone Cameras

Rusiyada terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin Adıgey Respublikasında terror aktının qarşısını alıb.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış törətməyə hazırlaşan İŞİD üzvü həbs olunub.

Adı açıqlanmayan şəxsin əslən Mərkəzi Asiya regonundan olduğu bildirilib. Həmin şübhəli respublika ərazisində əhalinin sıx olduğu yerə hücum etməyi planlaşdırırmış. Onun yaşadığı mənzildən əldəqayırma partlayıcı, İŞİD-in bayrağı, Adıgeyin paytaxtı Maykopun xəritəsi, üzərindən isə saxta miqrant sənədi aşkarlanıb.

Şübhəli şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin terror aktı hazırlamaq maddəsi ilə cinayət işi açılıb.

Check Also

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Boyukmillet.com …