Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.

 Bugün, 14:28Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.
Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçirir.

Rusiya Perspektiv Tədqiqatlar Fondunun məlumatına görə, belə avtomobillər ətrafında 15 metrədək hündürlüyündə manelər, məsələn alçaq evlər və ya ağaclar olan 50 metr uzunluğunda zolaqdan göyə qalxa və enə biləcək. Həmin avtomobillərin uçuş məsafəsi 1000 kilometr, maksimum sürəti isə saatda 300 kilometrdən çox olacaq. Uçan avtomobillər 500 kiloqramadək yük daşıya bilər.

Layihə üzərində iş 5 il davam edəcək. Avtomobillərdən xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …