Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, xarici vətəndaşlar təkcə fövqəladə və ya hərbi vəziyyət və silahlı münaqişələr şəraitində deyil, həm də səfərbərlik dövründə xidmət edə biləcəklər.

Ötən gün V.Putin Rusiya vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etməyə icazə verən qanunu imzalayıb. Vətəndaşlığı olmayan şəxslər və xarici vətəndaşlarla hərbi xidmətin keçirilməsi haqqında müqavilələr səfərbərlik dövrünün sonuna, hərbi vəziyyətin dayandırılmasına və ya hərbi dövrün başa çatmasına qədər bağlanacaq.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …