Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiyadakı azərbaycanlı biznesmenlər erməni məhsullarını boykot edib

Ermənistanın təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, dünyada yaşayan vətəndaşlarımızı da ciddi narahat edir.

Boyukmillet.com xəbər verir ki, belə bir gərgin dönəmdə hər bir Azərbaycan vətəndaşı düşmənə öz yerini göstərməyə çalışır.

Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanov və Vaqif Məmişovun bu istiqamətdə atdığı addım, dünya azərbaycanlıları tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Moskvada fəaliyyət göstərən “Food Sity” bazarının sahibi Qod Nisanov və “Sofiyskaya baza” adlanan böyük ticarət mərkəzinin rəhbəri Vaqif Məmişov ermənilərin ağır yük maşınlarının rəhbərlik etdiklərə bazara buraxılmaması haqda göstəriş veriblər. Ermənilərin bazara buraxılmaması nəticəsində isə, onların məhsulları tələf olub və satış həyata keçirə bilməyiblər. Ermənilərin hamısının bazardan çıxarılması, onların bütün mallarını zibilxanalıq edib.

Müşviq Tofiqoğlu / “MediaPost”

img
img

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …