Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər

“Hələlik yeni xəbər yoxdur, bizim məsələlərimiz aydınlaşana qədər aeroportda qalacağıq”.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri “Zvartnos” aeroportunda bildirib.

“Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur”, – o əlavə edib.

Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. “Nə vaxta qədər gözləmək olar? Biz uşaq deyilik ki, oyuncaqlar versinlər, burada oturtsunlar, oynayaq və gözləyək”, – o vurğulayıb. Rusiyadan deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, məsələ həll edilməlidir.

“Tələbimiz deportasiya qərarının ləğv olunması, biletlərin bərpasıdır ki, orada problemlərimiz yaranmasın”, – o deyib. Qeyd edib ki, Rusiyada onlara saxta sənədə görə deportasiya edildiklərini bildiriblər.

“Məsələmiz həll olunmayınca gözləyəcəyik. Heç birimiz buradan getməyəcək, burada gecələyəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

Onlar aeroportda gecələyirlər.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …