Rusiyalı politoloqlar Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Boyukmillet.com xəbər verir ki, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycanın inkişafını və dünya proseslərində rolunu vurğulayıb: “Azərbaycanın uğurlarını izləyir, onun böyük və güclü addımlarına səmimi qəlbdən sevinirik. Azərbaycan təkcə üzdə olan deyil, həm də ən vacib dünya proseslərinin gedişatını müəyyən edən ölkələrdən biridir”.
Onun sözlərinə görə, Rusiya Azərbaycanı strateji tərəfdaş və müttəfiq kimi qəbul edir: “Prezidentlərimiz Vladimir Putin və İlham Əliyevi bir-birinə qarşılıqlı hörmət, dostluq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Buna görə də, bu əhəmiyyətli gündə Azərbaycan xalqına və dövlətinə ən səmimi təbrik sözlərimi çatdırır, tərəqqi arzu edirəm”.
Rusiyalı politoloq, jurnalist, aparıcı və ictimai xadim Maksim Şevçenko Azərbaycan xalqını təbrik edib və ölkənin sürətlə inkişaf etdiyini vurğulayıb: “Çoxmillətli Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanın artan inkişafının, ölkənin ilbəil necə dəyişdiyinin, regionların inkişaf etdiyinin şahidiyəm. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə inanılmaz layihələr icra edir. Bu bayram münasibətilə təbrik edərək etdiklərinə görə Azərbaycan xalqına təşəkkür edə bilərəm. Siz əmək, əməkdaşlıq və insanlara insani münasibət nümunəsi göstərirsiniz”.
O deyib ki, mənim üçün Azərbaycan mədəniyyət, beynəlxalq hüquq, ədalət və insani münasibət nümunəsi olub və olacaq.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, xoşbəxtlik və çiçəklənmə arzulayıb: “Bütün azərbaycanlıları təbrik etmək istəyirəm. Daim inkişaf edən iqtisadiyyat və ölkə olan Azərbaycanın möhtəşəm, xarizmatik və gözəl Bakı şəhərinə daim qayıtmaq istəyirsən. Bayram münasibətilə bizə yaxın Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağlamlıq, uğur və sevgi arzu edirəm”.