Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Ruslan Bəşirli: “Əli Kərimlini hakimiyyətdə məhz onlar dəstəkləyib”

“Təssüf ki, bəzi media vasitələri saytımızda gedən yazını düzgün interpretasiya edə bilməyiblər. Bizim yazıda söhbət 2003-cü ilə qədər Prezident Aparatında çalışan məmurlardan gedir. Məsələn, Eldar Namazovdan…”

Boyukmillet.com xəbər verir ki, bu sözləri Avropa.info saytının rəhbəri Ruslan Bəşirli saytın 15 avqust nömrəsində dərc olunmuş “Əli Kərimlini Prezident Adminstrasiyasında kimlər maliyyələşdirib” başlıqlı yazıya münasibət bildirərkən deyib.

R.Bəşirli bildirib ki, bəzi saytlar bu yazını təhrif etməyə cəhd göstəriblər: “Azərbaycan Xalq Cabhəsinin şinelindən çıxmış keçmiş siyasətçi, mövcud bloger Əli Kərimli vaxtilə cidd-cəhdlə Azərbaycan hakimiyyətinə xidmət etmişdir. Rəhmətlik Heydər Əliyevin dönəmində Əli Kərimli Elçibəy ideallarına deyil, indiki hakimiyyətin möhkəmləndirilməsi yolunda böyük fədakarlıq göstərmişdir.

Və o zaman, Prezident Administrasiyasınının keçmiş məmurları Əli Kərimliyə dəstək verirdi. Məsələn, Eldar Namazov. Keçmiş cəbhə liderlərinin, məsələn Fazil Qəzənfroğlunun xatirələri buna dəlalət edir. Həm də, Kərimlinin hakimiyyətlə sövdələşməsi və yaxından əməkdaşlığı gözümüzün önündə idi. Axı o zaman, mən cəbhəçi gənclərin lideri idim. Hakimiyyət tərəfindən, Prezident Administrasiyası tarafindən dəstək tapması söylədikdə, mən məhz bunu nəzərdə tuturdum.

Düzdür, sonradan 2003-cü ildə, Əli Kərimli Heydər Əliyev yoluna xəyanət edərək, bəzi xarici qüvvələrlə birləşib Azərbaycanda böyük destabilizasiya planlarına imza atmış oldu. Və onun bu dağıdıcı missiyasına bəzi iqtidara yaxın qüvvələr dəstək verirdi. Mən, Prezident Administrasiyasının bugünkü əməkdaşlarını nəzərdə tutmamışam. Çünki onların hər biri dövlətçiliyimizə sadiqdilər. Söhbət keçmiş əməkdaşlardan və bu gün iqtidara yaxın qüvvələrdən gedir. Təəssüf edirəm ki, bəzi həmkarlarım bunu düzgün interpretasiya etməyiblər.”

Xatırladaq ki, Avropa.info-nun 15 avqust sayında AXCP sədri Əli Kərimlinin keçmiş MTN və Prezident Aparatının keçmiş bəzi məmurları tərəfindən maliyyələşdirilməsi ilə bağlı yazı dərc olunub.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir