Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Rüstəmxanlıya görə bu iki şəxs geri çəkildi

Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm”

Boyukmillet.com xəbər verir ki, bu sözləri Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlının Tatarməhəllə kəndində keçirdiyi görüşdə çıxış edərkən deyib.

O bildirib ki, eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atıb:

“Sabir bəy ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o, sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …