Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Rustavi şəhər merinin müavini: “Güclü Azərbaycan güclü Gürcüstan deməkdir”

“Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik”.

Boyukmillet.com xəbər verir ki, bunu Rustavi şəhər merinin müavini David İşxneli Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gürcülər azərbaycanlılarla dostluğa böyük dəyər verir:

“Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqa inkişaf və tərəqqi arzulayıram. Güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir”.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …