Şənbə , 13 Dekabr 2025
Drone Cameras

ŞƏHİDİMİZ VAR – Elçin Quliyev hadisə yerinə getdi

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir. (publika.az)

Check Also

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …