Cümə , 19 İyul 2024
Drone Cameras

Şərurda əmək yarmarkası keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 30-a yaxın işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərur, Kəngərli və Sədərək rayonları üzrə əmək yarmarkası baş tutub.

Yarmarkanın açılışı münasibətilə Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Həmçinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini diqqətə çatdırılıb. İşəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.

Şərur rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Məmmədov bildirib ki, bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin, o cümlədən sosial ədalət prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəraitinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir.

Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə yalnız Şərur, Kəngərli və Sədərək rayonları üzrə 30-a yaxın dövlət və özəl müəssisəsindən ümumilikdə 80-dən artıq vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Check Also

Azərbaycan İtaliya şirkətləri ilə iqtisadi sahədə birgə fəaliyyəti müzakirə edib

Azərbaycanla İtaliya şirkətləri arasında iqtisadi sahədə birgə fəaliyyət müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat …