Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adıyaman vilayətində meşə yanır.

Boyukmillet.com xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.

Hadisənin səbəbi məlum deyil.

Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.

Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …