Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Səbinə Əliyeva: “Ombudsman Aparatı ilk dəfə Naxçıvanda seçkini müşahidə edəcək”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Muxtar Respublikasında ilk dəfə seçki prosesini müşahidə edəcək.

Bunu Naxçıvanda səfərdə olan Ombudsman Səbinə Əliyeva “Report”un yerli bürosuna açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzaladığı gündən etibarən Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası birgə hazırlıq işlərinə stat verib.

S.Əliyevanın sözlərinə görə, bu məqsədlə Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında çoxsaylı maarifləndirici tədbirlər təşkil olunub. Sonuncu konfrans Naxçıvan Muxtar Respublikasında baş tutub.

“Tədbirə Naxçıvan Mərkzi Seçki Komissiyasının üzvləri, müşahidəçilər, dairə və məntəqə sədrləri, üzvləri qatıldı. Əsas mövzu vətəndaşların seçki hüququnun təmini idi. 22 ildir fəaliyyət göstərən Ombudsman Aparatı bütün seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq müşahidə prosesi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iştirakı ilə Naxçıvanda da həyata keçiriləcək. Aparatın 12 əməkdaşı bu prosesdə iştirak edəcək. Müşahidə prosesi ümumilikdə bütün Naxçıvanı əhatə etməklə hərbi hissələrdə, Pentensiar xidmətin müəssisələrində də olacaq”.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …