Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Səfər Alışarlı “İlin yazıçısı” seçilib

Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçib.
Qaliblər “Kulis”in əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib. 

Səfər Alışarlı “Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı” seçilib.
Qeyd edək ki, təqdimat mərasimi dekabrın 25-i saat 15-də “Apa Group”un konfrans zalında keçiriləcək.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …