Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Səfir: “20 yanvar kommunist rejiminin Azərbaycan xalqının düşüncəsində bitdiyi gündür”

“20 yanvar Azərbaycan xalqının oyanma, diriliş günüdür. O gün Sovetlər İttfaqı və kommunist rejimi xalqımızın düşüncəsində və ürəyində bitdi”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib.

Səfir bildirib ki, Sovetlər İttifaqının tərkibində yaşayan Azərbaycan xalqının Qarabağın Ermənistana birləşdirilməsinə dair torpaq iddiasına etirazı ilə bu hadisələr başlayıb və bunu gələcək nəsillərin bilməsi çox əhəmiyyətlidir:

“Azərbaycan Sovetlər İttifaqının tərkibindən qopmaq üçün mübarizə aparan ölkələrdəndir. 20 yanvarda insanların küçələrə çıxıb aksiyalar keçirməsinin əsas səbəbi Azərbaycanın daxiində olan Dağlıq Qarabağ bölgəsinin birtərəfli qaydada Ermənistana birləşdirilməsinə qarşı verilən qərara etiraz idi. Xalqımız küçərə çıxaraq, dinc toplantılar keçirərək Sovet İttifaqının Baş katibinə, rəhbərliyinə müraciətlər edib, bu qərarın ləğv edilməsinə, Azərbaycana qarşı torpaq iddiasına son qoyulmasını istəyirdilər. Bu dinc çağırışların qarşılığında cavab nə oldu? Xalqların zindanına çevrilmiş kommunist rejimi ordu yeridərək dinc insanların qırğınına səbəb oldu, şəhidlər verdik. Tanklarla, silahlı vasitələrlə insanların üzərinə yeridilər. Balkonlarına çıxan insanları silah atəşinə tutdular, öldürdülər. Və bu tarix xalqımız üçün dönüş nöqtəsi oldu. Fövqəladə vəziyyət elan etdilər. Milyonlarla insan küçələrə axışıb dedilər ki, hamımızı öldürün, amma biz daha bu ölkənin vətəndaşı olmayacağıq. Azərbaycan xalqının milli mübarizəsinin dəyəri budur, küçələrə tökülən qanları hesabına xalqımız müstəqilliyini əldə etdi”.

R.Məmmədov onu da bildirib ki, 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılmasında ümumilli lider Heydər Əliyevin önəmli xidmətlərinin olmasını da yeni nəsillərin bilməsi önəmlidir:

“Mediamız yox, xariclə əlaqə yox, bizi öldürürlər, amma bunu dünyaya çatdırmaq olmur. Bir telekanalımız var, onu da partladıblar. Radioları bağlayıblar, elektriki kəsiblər. O zaman Moskvada olan Heydər Əliyev Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gedir və xarici jurnalistləri də toplayıb orada məlumat verir, Azərbaycanın tək olmadığını, yanında olduğunu bildirir. Bütün bunları gələcək nəsillərin bilməsi vacibdir. Bu gün Azərbaycan millətinin tarixinə yazılan ən şərəfli günlərdən biridir”.

Check Also

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib

Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı …