Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Səfirlik Azərbaycanın tanınmış müğənnisinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın ABŞ-dakı səfirlik tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəylinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında qeyd edilib.

Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli Los-Anceles şəhərində vəfat etmişdir. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, – başsağlığıda qeyd olunur.

Qeyd edək ki, F.Rəhimbəyli avqustun 16-da vəfat edib. Aktrisa ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …