Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Şəhid Azad Kərimov Qazaxda dəfn olunub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azad Kərimov dəfn edilib.

Boyukmillet.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla Daş Salahlı kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Vida mərasimindən sonra şəhid kənd Qəbristanlığında olan Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, gizir A.Kərimov ailəli olub, onun 1 və 3 yaşlı oğlu var.

Allah rəhmət eləsin!

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …