Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Şəhid Sadiq Əzizli Qaradağda dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Əzizli Sadiq Zaur oğlu paytaxtın Qaradağ rayonunda dəfn edilib.

Boyukmillet.com xəbər verir ki, şəhidimizin nəşi rayon ərazisindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Mərasimdə S.Əzizlinin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. S.Əzizli düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …