Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib

Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.

Tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb.

Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …