Bazar , 8 Fevral 2026
Drone Cameras

Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib.

Boyukmillet.com xəbər verir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, şəhidə cənazə namazı qılınıb, Vətənin qəhrəman oğlunun ruhuna dualar oxunub.

Mərasim iştirakçıları şəhidimizi “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şuarları səsləndirərək son mənzilə yola salıblar.

Qeyd edək ki, Qədim Xəlilovun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub, indi isə özü şəhidlik zirvəsinə ucalaraq əmisinin uyduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …