Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

Boyukmillet.com-un məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət etməlidirlər.

O bildirib ki, bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər: “Mədəaltı vəz və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt kəskin ağrılar müşahidə oluna bilər: “Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürək bulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat olduqda, xüsusi ilə yay aylarında, kəskin qastroduodenit, yəni, qusma və ishalla nəticələnmə ola bilər. Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm”.

Check Also

Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası söküləcək

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Boyukmillet.com xəbər …