Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Səhiyyə qurumları “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Müraciətdə deyilir:

“Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …