Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Şəki sakinini çaqqal dişləyib

Şəkidə 43 yaşlı kişini çaqqal dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Köndələn kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Arif Hacı oğlu Mustafayev yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istəyən zaman çaqqalın hücumuna məruz qalıb. Çaqqal A. Mustafayevin sol ayağından dişləyib.

A. Mustafayevə Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …