Bazar , 23 Fevral 2025
Drone Cameras

SƏLİS-lə bağlı ATƏT PA prezidentinə, xüsusi nümayəndəsi və məruzəçisinə müraciət edildi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni innovativ brendi olan SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi haqqında ATƏT PA-nın prezidenti Georgi Sereteliyə, ATƏT PA-nın vətəndaş cəmiyyəti üzrə xüsusi nümayəndəsi Pia Kaumaya və qurumun Rəqəmsal inkişaf üzrə xüsusi məruzəçisi Stefano Miladonoviçə məktub göndərilib. Şura sədri Azay Quliyevin imzaladığı məktubda SƏLİS-in QHT-hökumət münasibətlərində ən şəffaf və çevik əməkdaşlıq modeli olması və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir QHT-yə dövlət dəstəyini almaq üçün bərabər imkanlar yaratması haqqında məlumat verilir.

Bundan başqa məktubda SƏLİS-ə daxil olan elektron xidmətlərin bir çoxunun dünyada ilk dəfə tətbiq olunduğu və Azərbaycanın bu uğurlu təcrübəsini və yeniliyini ATƏT-ə üzv olan ölkələrlə bölüşməyə hazır olduğu qeyd olunur.

Xatırladaq ki, cari ilin oktyabrın 30- da SƏLİS-in ictimai təqdimatı zamanı ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlamentin vitse-spikeri Bahar Muradova SƏLİS- lə əlaqədər ATƏT PA- da tədbirlərin keçirilməsini və Azərbaycanın bu uğuru haqqında üzv ölkələrin məlumatlandırılmasını təklif etmişdir.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …