Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Şəmkir Polis Şöbəsinə yeni rəis təyin olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Boyukmillet.com xəbər verir ki, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …