Bazar , 8 Mart 2026
Drone Cameras

Şəmkirdə 5 kq-dan artıq narkotik satan və alan şəxslər saxlanılıb

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən “heroin” aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini M.Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə “heroin” və “marixuana” aşkar edilən M.Zamanovun yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Check Also

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının …