Bazar , 15 Noyabr 2026
Drone Cameras

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı 1970-ci il təvəllüdlü Səidə Hüseynova, onun qızı 1998-ci il təvəllüdlü Pakizə Əhmədova və daha 3 nəfər xəsarət alıb.

Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …