Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Şəmkirdə torpaq çöküb, 2 nəfər xəsarət alıb

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.

“Report” un Qərb Mərkəzinin məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib.

Nəticədə iki nəfər – 32 yaşlı Rövşən Məmmədov və 36 yaşlı Tural Qələndərli torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …