Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi həbs olundu

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Qazaryan həbs olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a açıqlamasında vəkil Mger Akopyan deyib.

Vəkil bildirib ki, istintaq sirri ilə bağlı açıqlama verilməməsi haqda müqavilə imzaladığı üçün işin təfərrüatını açıqlaya bilməz.

Xatırladaq ki, 2018-ci ildə Qazaryanın restoranında axtarış zamanı 11 milyon dollar, 400 milyon avro, 36 milyon dram məbləğində pul ələ keçirilib. Həmçinin, oradakı uçot sənədləri, kompüterlər və elektron vasitələr də müsadirə edilib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …