Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Sərt karantin rejimi yenidən tətbiq edilməli, komendant saatı 9-dan 7-yə çəkilməlidir” – ÇAĞIRIŞ

Dünyada, eləcə də Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, noyabrın 8-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.16 nəfər isə dünyasını dəyişib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı  danışan Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm bildirib ki, iki həftədən sonra yoluxma sayı 2500-3000 yaxınlaşacaq: “Dünənki toplaşma yoluxma sayına kəskin təsir edəcək. Çünki dünən Azərbaycanın hər bir bölgəsində küçələrdə qucaqlaşanlar və öpüşənlər çox oldu. Bunun acısını da 2 həftədən sonra çəkəcəyik. Aprel ayına kimi olan sərt karantinə geri qayıdılmalıdır. Karantin rejimi gec olmadan sərtləşdirilməlidir. Hətta komendant saatı 9-dan 7-yə çəkilməlidir. Bundan əlavə “sms icazə”yə və “evdə qal” karantin rejiminə geri qayıtmalıyıq. Çünki bəzi vətəndaşlarımız karantin qaydalarına əməl etmirlər. Qapalı yerlərdə maskadan istifadə etmir, sosial məsafəni qorumurlar. Əsas da ictimai nəqliyyatda. Ona görə də apreldəki sərt karantin rejiminə geri qayıtmalıyıq. Əks təqdirdə yoluxma sayı günbəgün daha da arta bilər”. 

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …