Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub

Saatlı rayonunda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

Boyukmillet.com xəbər verir ki, Saatlı rayon Mədəniyyət Mərkəzində “Zəfər Günü”nün ikinci il dönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, şəhid valideynləri iştirak edib.

Mərasimdə Azərbaycanın Zəfər tarixinin yazılmasında dövlət-xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun gücü nəticəsində qələbə qazanılıb.

Qeyd olunub ki, Ali Baş Komandanın verdiyi tapşırıq və göstərişləri uğurla yerinə yetirən Azərbaycan Ordusu düşməni əzəli torpaqlarımızdan qovub. Həmçinin bildirilib ki, xalqımızın mübarizə əzmi hər zaman orduya dəstək olub.

Bu qələbənin birliyimizin rəmzi olduğu qeyd olunub.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları medallarla təltif olunub.

Check Also

DSMF vətəndaşlara xəbərdarlıq edib: Sosial yardımlarla bağlı müraciətlərdə ehtiyatlı olun!

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial yardımların verilməsində dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. …