Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabah Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası olacaq

Sabah Bakıda Azərbaycan və Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək.

Boyukmillet.com bildirir ki, bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, nazir Pərviz Şahbazovun, eləcə də Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı görülmüş işlər nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə ediləcək.

Tədbirin sonunda protokol imzalanması nəzərdə tutulur.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …