Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.