Cümə , 5 Dekabr 2025
Drone Cameras

Sabaha olan hava proqnozu açıqlanıb

Sentyabrın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 10-15° isti olacaq.

Check Also

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan…

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və …