Xalq şairi Sabir Rüstəmxanlı İstanbulda Türk Ədəbiyyat Fondunun “Çərşənbə axşamı görüşləri” proqramı çərçivəsində oxucularla görüşüb.
Boyukmillet.com xəbər verir ki, Türkiyədə çapdan çıxan və Cavad xanın ruslarla mübarizəsindən bəhs edən “Ölüm zirvəsi” romanınını təqdim edərək, oxucuları üçün imzalayıb.
Tədbiri giriş sözü ilə açan fondun rəhbəri şair Serhat Kabaklı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verərək, görüşün bilərəkdən 18 oktyabr Azərbaycanın müstəqqillik gününə salındığını bildirdi.
Serhat Kabakl qeyd etdi ki, Azərbaycanın müstəqqilik qazanmasında Sabir bəyin misilsiz xitmətləri var.
Daha sonra çıxış edən şair İmdat Avşar Sabir Rüstəmxanlının çağdaş Türk dünyasının böyük şairi və siyasi xadimi olduğunu qeyd etdi.
Sabir Rüstəmxanlı çıxış edərək tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdikdən sonra Türk dünyasının Məsələləri mövzusunda çıxış edib.
Tədbirdə Türkiyənin siyasi içtimai xadimləri, Media nümayəndələri və oxucular iştirak ediblər.
Tədbir Türkiyə mediasında geniş işıqlandırılıb.