Bazar , 23 Fevral 2025
Drone Cameras

Sabir Rüstəmxanlıdan İranla bağlı iki önəmli təklif – VİDEO

Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı İranla bağlı önəmli təklif irəli sürüb.

Boyukmillet.com xəbər verir ki, millət vəkili İran Parlamentində Azərbaycanla bağlı qəbul edilən bəyanata görə İslam Təşkilatı Ölkələrinə müraciət məktubu göndərməyin vacibliyini vurğulayıb.

S. Rüstəmxanlı həmçinin, İranda yaşayan 40 milyon azərbaycanlının taleyi ilə bağlı beynəlxalq təşkilatlara, BMT-yə, İnsan Haqları Komitəsinə müraciət ünvanlamağı təklif edib:

“Qonşu ölkədə Azərbaycanın hüquqlarının tapdalanması və tarixi ədalətsizliklə bağlı məktub hazırlayaraq müzakirəyə çıxarılmasını təmin etməliyik”.

Parlamant sədri Sahibə Qafarova da bu təklifi dəstəkləyib.

https://www.youtube.com/watch?v=x7090F5Oboo

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …