Cümə axşamı , 9 May 2024
Drone Cameras

Qaribaşvili: “Azərbaycan və Gürcüstan Avropanı “yaşıl” enerji ilə təmin etmək üçün böyük potensiala malikdir”

“Azərbaycan və Gürcüstan Avropanı “yaşıl” enerji ilə təmin etmək üçün böyük potensiala malikdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın təkcə dostu deyil, həm də uzun illərdir mühüm strateji tərəfdaşıdır.

“Azərbaycan və Gürcüstan iki ölkə xalqlarını daha da yaxınlaşdıracaq bir çox tarixi layihələri birgə həyata keçirir. Gürcüstan bu layihələr çərçivəsində etibarlı tranzit tərəfdaşıdır”, – İ.Qaribaşvili söyləyib.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …