Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib

Şabran rayonunda fərdi yaşayış evi yanıb.

Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində ev sahibinin övladları – 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq qiymətləndirir.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Şabran rayon yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …