Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Şahin Həsənov: “Qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir”

Bu günlərdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin rəhbərliyində İSBAM nümayəndə heyəti Türkiyədə bir sıra silsilə tədbirlər və görüşlər keçirmişdir.

Səfərdən geri dönən, görüşlərədə iştirak edən İSBAM Qazaxıstan təmsilçisi Şahin Həsənov Boyukmillet.com-a açıqlama vermişdir: “Öncə onu bildirim ki, qalib bir ölkənin vətəndaşı olaraq vətəndən kənarda olmaq, çox qürürvericidir. Bizi səfər müddəti ərzində hər yerdə “Zəfəriniz mübarək olsun qardaşlar” deyib təbrik edirdilər.  Qardaş Türkiyənin İstanbul, Kocaeli və Qars şəhərlərində faydalı görüşlərimiz oldu. Hökümət və qeyri hökümət, media və diaspor təmsilçilərimizdə keçirilən görüşlərdə Azərbaycanın qazandığı böyük zəfər sevincini bölüşməklə yanaşı, Azərbaycan Türkiyə  əlaqələri istiqamətində də söhbətlər aparırdılar. Ölkəmizin mənfur düşmən üzərində böyük qələbə qazanmasnın Türkiyədə olan qardaşlarımızla birgə bayram abu-havasında qeyd etməyimiz bizlərə xüsusi zövq yaşatmışdı. Mərkəzimiz ölkəmizlə bağlı fəaliyyətlərini qardaş Türkiyə ilə yanaşı dünyanın digər ölkələrində də əhəmiyyətli layihələrlə davam etdirəcəkdir” deyə Şahin Həsənov bildirmişdi.

Sima Babayeva

Boyukmillet.com

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …