Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şahruddin Məhəmmədəliyev: “Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik”

“Əlbəttə, qalib gəlmək xoşdur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı qolkiper son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: “Çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik”.

O, görüşə hazırlaşmağın çətin olduğunu söyləyib: “Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi”.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə isə oyunun çətin keçdiiyini vurğulayıb: “Belə çətin gündə və bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq”.

Futbolçu ilk hissənin başlanğıcında oyuna tam köklənə bilmədiklərini etiraf edib: “Buna görə çətinlik çəkdik. Sonrakı dəqiqələrdə isə daha yaxşı çıxış edib qollar vurduq. Bu qələbə Yunanıstan “Olimpiakos”u ilə oyun öncəsi bizə motivasiyadır. 3 xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq”.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …