Salyan rayonunda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Abdulrəhim Axundova hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Boyukmillet.com-un xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Həmçinin məhkəmə A.Axundovun 2 500 manat məbləğində cərimələyib.
Qeyd edək ki, A.Axundov 2021-ci ilin iyul ayında Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Belə ki, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 14 kiloqram 775 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş vəziyyətdə çəkisi 19 kiloqrama yaxın olan 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-də İstintaq Bölməsində cinayət işi açılıb.