Cümə , 22 Noyabr 2024
Drone Cameras

Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib – FOTOLAR

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib.
 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib.
Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb.
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir.
Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib.
Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb.
Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib. 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …