Bazar , 22 Dekabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Arif Rəhimzadə kommunist ideologiyasının tör-töküntüsüdür”

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.

Arif Rəhimzadənin həmin müsahibəsinə DAK icra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli münasibət bildirib. O, son dövrlər  türklüyə qarşı milli dəyərlərimizə, milli mənəviyyatımıza toxunan bir sıra həqarətlərin olduğunu bildirərək, sanki Azərbaycanda bir anti-türk təbliğatının baş qaldırıldığını söyləyib. Bu şər kompaniyasında iştirak edənlərin özlərini türk hesab etməmələri bizi narahat etmir. Əksinə türk olmaq şərəfdir. Bu şərəfi Allah onlara qismət etməyibsə biz nə edək? Heç kimə, o cümlədən Arif Rəhimzadəyə ixtiyar verilməyib ki, milli kimliyimizi şübhə altına alıb sərsəm açıqlamalar versin. Arif Rəhimzadə antropoloji baxımdan onsuzda türkə oxşamır. Digər bir tərəfdən isə O, və onun kimi Azərbaycanda bir çoxları kommunist  ideologiyasının tör-töküntüləridir. 37-ci il kommunist bolşevik antitürk təbliğat maşınının izlərinin tam itməsi üçün daha bir müddət zamana ehtiyacımız var. 

 

http://boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir