Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Samir Adıgözəlli: “Atılan hər bir kiçik addım seçkinin nəticəsinə təsir edə bilər”

Samir Adıgözəlli: “Bu həqiqətən belə olarsa, düşünürəm ki, hakim partiyanın ziyanına işləyəcək”

Türkiyədə 24 iyunda keçiriləcək parlament seçkilərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) hazırda mandat daşıyan 200 deputatın yenidən millət vəkili seçilməsinə icazə verməyəcək. Bu barədə partiya kulislərində artıq neçə gündür söhbətlər dolaşır.

Bütün siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını hazırlayaraq başa çatdırıblar. Siyahılar Ali Seçki Komissiyasına təhvil veriləcək. AKP-də isə siyahıya daxil olmayan namizədləri bir-bir özü müəyyənləşdirən Ərdoğan sonuncu dəfə siyahıya göz gəzdirərək, sənədin yekun variantını təsdiqləyib.

Türkiyə mətbuatının məlumatına görə, hər parlament seçkisi öncəsi AKP-dən olan millət vəkillərinin təqribən 50 faizini dəyişdirən Ərdoğan, bu dəfə daha çox deputatı Türkiyə Böyük Millət Məclisindən uzaqlaşdıracaq. 316 millət vəkilindən 200-nün parlamentdən uzaqlaşdırılacağı gözlənir.

Qeyd olunub ki, siyahıdan kənar qalacaq adlar seçkilərdən sonra nazirlik, yaxud bələdiyyə sədrliyi xülyası qurmaqla özlərini təsəlli edəcəklər. Həmçinin vurğulanıb ki, AKP-dən deputatlığa namizədlər siyahısına daxil olmaq uğrunda yaxın ətrafı və dostlarından gələn xahişləri azaltmaq üçün Ərdoğan Bosniyaya səfər edib. Bundan əvvəlki seçkilər ərəfəsində də o, eyni məqsədlə birgünlük İrana səyahətə çıxmışdı.

Maraqlıdır, AKP-nin yeni deputat siyahısı Azərbaycandan necə görünür?

Türkiyə siyasətinə yaxından bələd olan siyasətçi Samir Adıgözəlli Bakı-xəbər qəzetinə açıqlamasında bildirdi ki, siyasətdə manevrlərin edilməsi zərurətdir: “Türkiyədə seçkilərə əhalinin böyük marağı olur. Yəni edilən hər bir jest, atılan hər bir kiçik addım seçkinin nəticəsinə təsir edə bilər. Siyahı ilə bağlı ciddi müzakirələr var. Ərdoğanın opponentləri hətta bildirirlər ki, Ərdoğan bir neçə qohumunun adını da yeni siyahıya əlavə edib. Bu həqiqətən belə olarsa, düşünürəm ki, hakim partiyanın ziyanına işləyəcək. Çünki Türkiyə cəmiyyəti siyasətdə bu sayaq gedişləri yaxşı qarşılamaya bilər”. (Bakı-xəbər)

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir