İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur…
Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib. Bu barədə “Trend”ə İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan KİV-nin yaydığı məlumat həqiqətə uyğun deyil: “İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq”.
“Bakı-Xəbər” qəzeti bildirib ki, qəzetin dünənki buraxılışında erməni saytlarının Ərdəbil Ayətullahı Seyid Amilinin Xocalı soyqırımı barədə fikirləri ilə bağlı xəbər verilib. Bildirilib ki, sözügedən saytlar Amilinin guya Xocalı faciəsinin azərbaycanlıların özləri və Türkiyədəki məşhur Ergenekon təşkilatı tərəfindən törədildiyini söylədiyini iddia edib. Çünki işğalçı ölkənin saytları Amilinin “fikirlərini” o qədər inandırıcı təqdim etməyə çalışmışdı ki, bu təqdimata laqeyd qalmaq olmazdı. Əslində erməni saytları daha əvvəllər də İranın tanınmış şəxslərinin dilindən təxribatçı yalanlar yayıb. O üzdən budəfəki məlumatın da növbəti təxribat ola biləcəyini istisna etmədik. Aparılan araşdırma ilə ermənilərin həm Xocalı şəhidlərinə, həm də Ərdəbil Ayətullahına böhtan atdığı dəqiqləşdirildi.
Boyukmillet.com bildirir ki, məlum məsələ ilə bağlı milliyyətçi baxışları ilə tanınan siyasətçi Samir Adıgözəlli sərt münasibət açıqlayaraq, Amilini sərt tənqid etmişdi.