Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Samir Adıgözəlli Əkrəm İmamoğlu ilə görüşüb – Fotolar

Qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM)  nümayəndə heyəti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.

Boyukmillet.com  xəbər verir ki, görüşdə İSBAM sədri Samir Adıgözəlli bu qədər gərgin iş qrafikində zaman ayırıb onları qəbul etdiyinə görə öz dərin təşəkkürünü bildirib.

Azərbaycanın öz haqlı mübarizəsində hər zaman qardaş Türkiyəni yanında olduğunu qeyd edən İSBAM sədri onu da xüsusi vurğulayıb ki, bütün xalqımız əmindir ki,bundan soınra da eyni şəkildə iki qardaş ölkənin münasibətləri artan dinamika ilə davam edəcək.

Baş tutan görüşdən bir gün öncə II Qarabağ müharibəsində ölkəmizə informasiya dəstəyi verən Türk jurnalistləri mükafatlandırdıqlarını özəlliklə vurğulayan S.Adıgözəlli İstanbul Böyük şəhər bələdlyyəsinin hər zaman ölkəmizə dəstək olduğunu qeryd edib.:

İstanbul Böyük şəhər bələdlyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Azərbaycan münasibətlərinin öz ölkəsi üçün önəmini qeyd edərək ikili münasibətləri üçün əllərindən gələni əsirgəməyəcəklərini sözlərinə əlavə edib. Görüşün sonunda bələdiyyə sədrinə dəyərli xatirə hədiyyələri təqdim olunub.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …