Cümə , 29 Mart 2024
Drone Cameras

Rufiz Qonaqov: İşğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq

“30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızda ermənilərin həyata keçirdiyi vandalizm aktı nəticəsində rayonlarımız, kənd və şəhərlərimiz xarabalığa çevrilib. Həmin regionlara səfər edən xarici jurnalistlər, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu faktları öz gözləri ilə gördülər. Təbii ki, Azərbaycan dövləti bütün ərazilərin yenidən bərpa olunması istiqamətində böyük işlər aparır və qısa zaman kəsiyində artıq bununla bağlı layihələr işlənib hazırlanıb, işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Möhtərəm Prezidentimiz Novruz bayramı ilə bağlı xalqa müraciətində də bildirdi ki, quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır”.
Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib. Onun sözlərinə görə, həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, qayıdacaq əhalinin hər hansı bir problemi olmasın: “İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək. Cənab Prezident bildirdi ki, ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır. Bəli, Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun”.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …