Bazar , 19 Yanvar 2025
Drone Cameras

Samir Adıgözəlli: SƏLİS vətəndaş cəmiyyətinin inkişafına ciddi yenilik gətirib.

       Boyukmillet.com xəbər verir ki, bu gün İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS xidmət”i haqqında açıqlama verib:

       Şuranın yeni brendi olan “SƏLİS xidmət”inin yaratdığı keyfiyyət, şəffaflıq və sözün əsl mənasında səlis və rahat imkanlara görə Dövlət Şurası rəhbərliyinə təşəkkürümü bildirirəm. Müqavilə imzalama prosesinin son dərəcə sadə və rahat şəkildə təşkil edilməsi QHT-lərin fəaliyyətinə önəmli dəstəkdir. SƏLİS vətəndaş cəmiyyətinin inkişafına xidmət edən, ciddi yenilik və uğurlu modeldir. Çox sayda iş prosesinin qısa müddət ərzində SƏLİS vasitəsilə həyata keçirilməsi QHT-lər üçün önəmli imkan yaradır.  QHT-lərə Dövlət Dəstəyi Şurasının yaratdığı “SƏLİS xidmət” brendinə görə bir daha təşəkkürümü bildirirəm.

Check Also

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb

“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib” Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk …