İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə “15 iyul” hadisələrinin qəhrəmanlarından biri olan şəhid Məhəmməd Oğuz Kılınç ailəsini ziyarət edib.
boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, İSBAM sədri şəhidin atası Zəki Kılınça və anası Məltəm Kılınça başsağlığı verərək Azərbaycan ictimaiyyətinin daim Türk şəhidlərini xatirəsinin uca tutduğunu bildirib. Şəhid Məhəmməd Kılınç Ankara polisində xidmət göstərib. 3 il əvvəl məlum Feto terror qrupu tərəfindən həyata keçirilən çevriliş cəhdi nəticəsində Məhəmməd Kılınç qəhrəmanlıq göstərərək şəhid edilmişdi. Şəhid haqqında atası Zəki Kılınç İSBAM sədrinə xatirələrini bölüşmüşdü. Daha sonra Samir Adigözəlli və onunla bərabər ziyarətdə iştirak edən Azərbaycan Xalqlar Dostluğu Birliyinin (AXDB) sədri Lalə Həsənova, Qarabağ qazisi Asif Mütəllimov və İSBAM Antalya təmsilçisi Elman Əzizov şəhid Məhəmməd Kılınç ev muzeyində saxlanılan şəxsi əşyaları ilə tanış olmuşlar. Ziyarətdə Azərbaycan və Türkiyə şəhidlərinin ruhuna dualar oxunub xatirələri yad edilmişdi. Sonda İSBAM sədri Samir Adigözəlli və AXDB sədri Lalə Həsənova şəhidin adına açılmış xatirə dəftərini imzalayıblar.