Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Samir Adıgözəlli Türkiyədə Heydər Əliyevin Həkimi ilə görüşüb.

Türkiyədə səfərdə olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli hakim Ədalət və İnkişaf Partiyasının Antalya Muratpaşa bölgə təşkilatinın sədri dr.Alpaslan Belin ilə görüşüb.

boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türkiyədə mövcud ictimai-siyasi proseslər ətrafında söhbət aparılıb.  Qeyd edək ki, Alpaslan Belin bir zamanlar Ümummili Lider Heydər Əliyev Ankarada müalicə aldığı zaman onun həkimlərindən biri olub. Partiya sədri Alpaslan Belin görüşdə Heydər Əliyevlə bağlı xoş xatirələrin bildirib. Ziyarətdə Antalya Azərbaycan Xalqlar Dostuluğu birliyinin sədri hüquqşunas dr.Lalə Həsənova İSBAM Antalya təmsilçisi Elmar Əzizov, Qarabağ qazisi Asif Mütəllimov Azərbayacan Xalqlar Dostluğu Birliyinin sədr müavini, iş adamı Nizami Hamit iştirak etmişlər. İSBAM sədri Samir Adıgözəllinin Türkiyə səfəri davam edir.

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …